Ana Səhifə » Fayllar » Məlumatlar

Kərtənkələ
18.09.2011, 03:44
120 kq Qaldıra Bilən Kərtənkələ120 kq Qaldıra Bilən Kərtənkələ

Geko (Gecko) kərtənkələsinin ayağının altında setae adlandırılan milyonlarla tükcük var. Bu tükcüklər bir metrin 200 milyardda biri uzunluğundadır. Hər bir tükçünün ucunda da təxminən min ədəd spatül adlı milyardlarla mikroskopik tükcüklər var. Dr. Keçəllər Autumn başçılıq ət idini qrupun apardığı araşdırmalara görə gekonun ayağındakı tükcüklər zəif elektrostatik qüvvə təsiri (Van Deyər Vals qüvvəsi) meydana gətirir. Kərtənkələnin ayağındakı milyardlarla kiçik tükcüklər sayəsində təmas olunan səthlə çox qüvvətli yaxınlıq təmin edilər və 120 kq çəkini qaldıra bilən möhkəm yapışma qüvvəsi meydana gəlir. Möhtəşəm dizayna malik olan geko saniyədə 15 addım atar və "yapışdığı" səth ilə 30 dərəcəlik bucaq meydana gətirərək ayağını qaldıra bilər. Bu cür addım atmadığı təqdirdə ayaqlar səthə kilidlənir. Gekonun ayaqlarındakı dizayn təqlid edildikdə bu gün xəyal kimi görünən proyektlər həyata keçirilə bilinəcək:
Kosmos kimi havanın olmadığı mühitdə maddələrin möhkəm yapışması təmin ediləcək.
Gekonun yapışma sisteminə malik olan robotlardan yanğın və digər fəlakətlərdən sonra xilasetmə əməliyyatlarında istifadə ediləcək (belə robotlar artıq var).
Geko təqlid edilərək xüsusi yapışqanlı əlcəklər və hündürə dırmanma üçün xüsusi geyimlər istehsal ediləcək.
Ağrısız çıxarılan yara bantları, eləcə də suda yapışan və ya dönə-dönə istifadə edilən xüsusi bantlar istehsal olunacaq.

Maraqlı məlumatlar

• Hindistanda Komada adlanan ən böyük kərtənkələ yaşayır. Kərtənkələnin uzunluğu 3 m, kütləsi isə 135 kqə çatar. Sürətlə qaçan bu kərtənkələ ağaca yaxınlaşıb onun budaqlanına dırmanır və birdən donub yerində qalır. Bu anda onun başı üzərində plaşabənzər qəribə bir sey qalxır. Bu onu bildirər ki, kərtənkələ cırıcı heyvanı gördüyündən həyəcanlanmış və düşmənini qorxutmaq üçün öz plaşını açmışdır. Plaş çətirə oxşayır və nəzakətli qığırdağ toxumasından ibarətdir. Plaşın rəngi şəffafdır. Bundan başqa həm də eşitmə aparatı rolunu oynayır. Plaşı hərəkətə çox möhkəm, həmişə gərgin olan əzələlər gətirir. Belə kərtənkələlər Avstraliyada da yaşayır.
• Göyçə gölü (Sevən gölü) sahillərində çox qəribə həyat tərzinə malik kərtənkələlər vardır. Onların içərisində dişi kərtənkələlər yoxdur. Qəribədir ki, bu erkək kərtənkələlər yumurtlayır. Onların yumurtalarından yaranan kərtənkələlər də erkək olar.


Kateqoriya: Məlumatlar | Müəllifi: bassanti
Baxılıb: 15050 | Yükləmə: 0 | Reytinq: 4.1/28
Bütün Şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]