Ana Səhifə » Fayllar » Quşlar

Sultan Tutuquşu-Nymphicus Hollandicus
30.03.2011, 08:48

Sultan tutuquşu (lat.
 Nymphicus hollandicus) ,(Psittaciformes)

dəstəsindən bir quş növü.




Sultan tutuquşusu yanaqlarındakı narıncı (qulaq bölgəsindəki) tüklərdən

 ayırd edilirlər. Bu tüklər tünd rəngdə olarsa erkək, açıq rəngdədirsə dişi

olduğunu göstərir. Ümumiyyətlə erkəklərin göz ətrafındakı tükləri ağdır,

 amma, dişilərdə sarı və digər rənglərdə ola bilər. Başında olan uzun

tüklərə görə onlara sultan adı verilmişdir.




Ortalama həyat müddəti: Təxminən 10-15 ildir. Başdan quyruğunun ucuna

qədər uzunluqları 25-35 sm-dir. Qanadları açıq vəziyyətdə uzunluqları

25-30 sm-dir.




Günəbaxan, quru əncir içi, armud, albalı v. b qidalarla qidalanırlar.

Erkəklərinin danışmaq qabiliyyətləri var. Çörək və darı kimi qidalar verərək

insanlara öyrəşdirilə bilərlər. Genişlik sevən quşlardır. Qəfəsdə bağlı

qalmaqdan xoşları gəlmir.




Erkəklərin çənələri çox qüvvətlidir.Dimdiklərini sürtmələri yuxularının

gəldiyini göstərər. Bu vəziyyətdə qəfəsləri üzərinə tünd rəngdə bir örtü

örtülməli və narahat edilməməlidir.
Kateqoriya: Quşlar | Müəllifi: Admin
Baxılıb: 2093 | Yükləmə: 0 | Reytinq: 3.7/7
Bütün Şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]