Heyvanların xeyli hissəsi zəlzələnin baş verəcəyini əvvəlcədən hiss edirlər. Bu zaman onlar qəribə davranışları ilə diqqəti çəkirlər. Məsələn, toyuqlar hinə, donuzlar dama girmək istəmir, mal-qara fərqli bir səslə mələşir, sanki hansısa həyəcanı xəbər vermək istəyirlər. İtlər ulaşır, siçanlar yuvalarından çıxıb qaçırlar, atlar kişnəyir, o yan- bu yana qaçırlar. İlanlar qış yuxusunda olsalar da zəlzələni hiss edən kimi gizləndikləri yerdən çıxırlar. 1964-cü ildə Alyaskada güclü zəlzələdən iki həftə əvvəl boz ayılar qış yuxusundan oyanıb təpəliklərə qaçmışdılar.
|