Ana Səhifə » Fayllar » Quşlar |
Sultan Tutuquşu-Nymphicus Hollandicus
30.03.2011, 08:48 | |
Sultan tutuquşu (lat. Nymphicus hollandicus) ,(Psittaciformes) dəstəsindən bir quş növü. Sultan tutuquşusu yanaqlarındakı narıncı (qulaq bölgəsindəki) tüklərdən ayırd edilirlər. Bu tüklər tünd rəngdə olarsa erkək, açıq rəngdədirsə dişi olduğunu göstərir. Ümumiyyətlə erkəklərin göz ətrafındakı tükləri ağdır, amma, dişilərdə sarı və digər rənglərdə ola bilər. Başında olan uzun tüklərə görə onlara sultan adı verilmişdir. Ortalama həyat müddəti: Təxminən 10-15 ildir. Başdan quyruğunun ucuna qədər uzunluqları 25-35 sm-dir. Qanadları açıq vəziyyətdə uzunluqları 25-30 sm-dir. Günəbaxan, quru əncir içi, armud, albalı v. b qidalarla qidalanırlar. Erkəklərinin danışmaq qabiliyyətləri var. Çörək və darı kimi qidalar verərək insanlara öyrəşdirilə bilərlər. Genişlik sevən quşlardır. Qəfəsdə bağlı qalmaqdan xoşları gəlmir. Erkəklərin çənələri çox qüvvətlidir.Dimdiklərini sürtmələri yuxularının gəldiyini göstərər. Bu vəziyyətdə qəfəsləri üzərinə tünd rəngdə bir örtü örtülməli və narahat edilməməlidir. | |
Baxılıb: 2098 | Yükləmə: 0 | Reytinq: 3.7/7 |
Bütün Şərhlər: 0 | |